Bakı bulvarında yeni attraksionlar quraşdırılacaqmı? Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bulvarın Dəniz Vağzalı yaxınlığında olan hissəsində əvvəllər sakinlərin ən sevimli məkanlarından biri sayılan əyləncəli attraksionlar olurdu. Bir müddət əvvəl həmin alətləri yenidənqurma adı ilə söküblər.
Bu gün isə burada müxtəlif iaşə obyektləri tikilir, vəd olunan attraksionlar üçün yer isə getdikcə azalır.
Milli Parkdan məsələ ilə bağlı bildiriblər ki, sözügedən attraksionlar yeniləri ilə əvəz olunması üçün sökülüb. Gələcəkdə əraziyə müxtəlif əyləncə qurğuları quraşdırılacaq.