Martın12-də keçirilən buraxılış imtahanının nəticələri məlum olub. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
297,5 bal toplamaqla 4 abituriyent ən yüksək nəticə göstərib:
- Fidan Abışova - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
- Taliə Cəfərzadə - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
- Nəzrin Mürşüdlü - Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
- Ləman Quliyeva - Sabunçu rayon 169 nömrəli orta məktəb.
Sözügedən buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb.