Paytaxtın şagirdləri buraxılış imtahanında yüksək nəticə göstəriblər. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
12 mart tarixində keçirilən 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında 4 nəfər yüksək nəticə göstərib. Onların hamısı Bakı məktəblərinin şagirdləridir.
Belə ki, 2 nəfər Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li Klassik gimnaziyasının, 1 nəfər isə Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur.