Paytaxtın Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda velosiped yolları yaradılır. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
“Bakı Abadlıq” MMC tərəfindən keçirilən yenidənqurma işləri çərçivəsində Buzovna-Mərdəkan yolu boyunca yeni velosiped yolları və piyada səkiləri salınır.
“Bu addım əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsinə müsbət təsiri nəzərə alınaraq həyata keçirilir”, - deyə qurum əlavə edib.
[caption id="attachment_75772" align="alignnone" width="640"]
Foto Xəzər rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]