Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Mirzəağa Əliyev küçəsində yağışdan sonrakı vəziyyət ürək ağrıdır. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az xəbər verir.
Yağışdan sonra bütün su çökəklikdə yerləşən yol kəsişməsinə yığılıb. Nəticədə iri gölməçə əmələ gəlib və həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.
Gölməçə insanların sıx yaşadığı ərazidə əmələ gəlib.
Daha öncə, bu gün Biləcəri qəsəbəsində və Sabunçu rayonunda küçələri su basması barədə məlumat vermişdik.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/11/video-whatsapp-2022-11-15-v-16.27.08.mp4"][/video]