Əcnəbilər Bakı-Naxçıvan reysindən istifadə edə bilməzlər. Bu haqda bu gün, 23 iyun tarixində Bakuplus.az Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.
Karantin vəziyyəti ilə əlaqədar əcnəbi vətəndaşlar və Azərbaycan Respublikası ərazisində oturum icazəsi olanların Bakı-Naxçıvan avtobus reysindən istifadə etmələri mümkün deyil.
“Həmin şəxslər onlayn bilet aldıqda bilet qaydalara uyğun olaraq geri qaytarılacaq”, - deyə avtovağzaldan bildiriblər.