Dünyaca məşhur DJ Bakıya gəlir. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Faded”, “Force”, “Sing Me To Sleep”, “All Falls Down” kimi mahnıların müəllifi olan norveçli Alan Uolker Bakı səhnəsində çıxış edəcək. O, 44 milyon 600 min izləyici ilə Norveçin ən böyük YouTube kanalına sahibdir. Onun videoları ümumilikdə 13 milyard 200 milyon baxış sayı yığıb.
Konsert 10 fevral 2024-cü ildə Bakı Kristal Zalında baş tutacaq. Biletlər 23 noyabr tarixindən İticket.az saytında satışa çıxarılacaq.