Bir müddət əvvəl sosial şəbəkələrdə müxtəlif milli musiqi əsərlərinin, o cümlədən Azərbaycan xalq mahnılarının sədaları altında rəqs etməklə məşhurlaşan italiyalı bloger və milyonçu Alessandro Karuso Bakıya səfər edəcək. Bu barədə o, “Moskva-Baku” portalına verilən müsahibəsində qeyd edib.
Məşhur tiktoker və dizaynerin sözlərinə görə, o, Bakıya internet vasitəsilə tanış olduğu dostunun dəvəti ilə gələcək.
Karuso bu yaxınlarda “Noldu Paşinyan” mahnısı barədə də danışıb. İtaliyalının sözlərinə görə, o, video çəkəndə Paşinyanın kim olduğunu bilməyib: “Azərbaycan mənim üçün superölkədir, orada gözəl insanlar var. Mən Azərbaycanı sevirəm. Heç mahnıda adı çəkilən Paşinyanı tanımıram. Bilirəm ki, Qarabağ Azərbaycandır”.