top
DTX-nin həbs etdiyi haker məlumatları bu qiymətə satırmış
17 aprel 2025, 22:24
- ↺ +

DTX-nin həbs etdiyi haker məlumatları bu qiymətə satırmış

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Report.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, "Ultra Technologies" şirkətinin gizli məlumatlarına giriş edib: “Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə məqsədim yoxlamaq olub, maddi gəlir güdmək məqsədim olmayıb. Azərbaycanda serverlərə müdaxilənin qarşısının alınması üçün milli proqram yaratmaq istəmişəm. Bunun üçün də xaricdən olan şirkətlərin gizli məlumat bazalarına daxil olmaqla test etmişəm. Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub".

Daha sonra hakim təqsirləndirilən şəxsin ifadəsindən bir hissəni elan edib. Həmin ifadədən məlum olub ki, onun şəxsi kompüterində zərərli proqramlar, gizli yazışmalar, kibermüdaxilələr, kriptopullar aşkar edilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, "Karnaval" ləqəbli şəxslə əlaqəsi olub, ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb.

Bundan başqa, təqsirləndirilən şəxs Argentinaya məxsus dəniz şirkətinin serverində olan gizli məlumatları əldə edib və 350 dollara satıb.

Daha sonra səsləndirilən ifadələrdən məlum olur ki, təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-yə məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.

Sualları cavablandıran təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib. Bildirib ki, gördüyü işlərdə qanunsuz hərəkətlər etməyib: “Mən hakerəm. Xarici ölkə hakerlərində zərərli vasitələrin sistemə daxil olmasının qarşısının alınması üçün proqramlar olub. Amma bizdə belə proqram olmayıb. Mən də bu proqramın millisini yaratmaq istəmişəm. Məqsədim də xeyirli iş görmək olub".

T.Əliyev bildirib ki, "İdrak" şirkətinin rəhbəri Hikmət Abdullayev ona 80 min manat verib və deyib ki, bu işləri həyata keçirsin: "Mənim məqsədim həmin proqramları hazırlamaq və dövlətə təqdim etmək olub. Başqa niyyətim olmayıb. İşi göstərib, iş qazanmaq istəmişəm".

Proses mayın 1-də davam edəcək.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

T.Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

 

Son xəbərlər

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər