“Sea Breeze” istirahət mərkəzində milli immersiv şou təşkil olunacaq. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az “nargis_magazine” İnstagram səhifəsinə istinadən məlumat verir.
“Fata Morgana” kollektivi iyunun 29-da “White Beach Club”ın səhnəsində çıxış edəcək. Şou çərçivəsində şərq qastronomiya ənənələrini, füsunkar musiqi motivlərini və başgicəlləndirici rəqsləri birləşdirən atmosferə qərq olmaq imkanı yaradılacaq.
Burada “Şah plovu”nun qeyri-adi təqdimatı, milli qəlyanaltılar və ədviyyatlar, brend aşpazdan unikal reseptlər üzrə Azərbaycan xörəklərinin təqdim edilməsi, hil və kəklikotu ilə çay, şərq şirniyyatları və meyvələri, alov şousu və milli geyimlərdə rəqqasələrin ifaları xoş təəssürat bəxş edəcək.
Qonaqların toplanması saat 21:00-da başlayacaq.