top
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham ediblər
19 may 2025, 10:01
- +

Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham ediblər

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Report.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədli dövlət ittihamçısının suallarını cavablandırıb.

Azad Məmmədli deyib ki, Fransa səfirliyinin tədbirlərində iştirak edib:

"Fransa səfirliyinin əməkdaşların mənə verdiyi suallar məndə müəyyən qədər şübhə yaratmışdı. Frederik Devos və Loran Lödinin fikirləri qəribə gəlirdi. Mənə əməkdaşlıqla bağlı təkliflər elədilər, mən qəti olaraq bunu qəbul etmədim. Sadəcə ən böyük peşmançılıq hissi keçirirəm ki, bununla bağlı Azərbaycanın aidiyyəti qurumlarına məlumat verməmişəm. Həmin vaxt dövlət üçün hər hansı bir təhlükə görmürdüm deyə, bu məsələyə çox ciddi yanaşmadım. Daha sonra Fransaya aid olmayan ölkəyə getmişəm. Loranı cəmi bir dəfə tədbirdə görmüşəm. Onunla da məni Martin Ryan tanış edib. Martin mənə dedi ki, Loran keçmiş polis əməkdaşı olub və hazırda Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar məndən siyasi məsələlərlə bağlı geopolitik təhlil istəyirdilər. Mən isə bundan imtina etmişəm".

Azad Məmmədli qeyd edib ki, Fransa təhlükəsizlik orqanlarına hər hansı bir məlumat verməyib:

“Martinlə də bu mövzuda söhbətlər eləmişik. Onların hərəkətlərində xeyli şübhələr var idi. 2023-cü ildən Fransa səfirliyi və Martin Ryanla da əlaqələrimi kəsmişdim. Devosa cəmi bir dəfə CV-mi göndərmişəm. O da işlə bağlı idi. Sonradan onunla əlaqələrimiz olmadı. Mən hər hansı dövlət sirri və yaxud heç bir məlumat ötürməmişəm. Onlar mənim Rusiyada təhsil aldığımı bilirdilər, əlaqələrim olduğu üçün əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm".

Azad Məmmədli bildirib ki, Fransa səfirliyin əməkdaşları ilə münasibətinin yaranmasının səbəbi Martin Ryandır:

"Martinlə çox yaxın dostluq etmişəm. Fransa səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə də o məni tanış edib. Martin onlarla səmimiydi. Sanki psixoloji cəhətdən məni onlarla yaxınlaşdırdı, səfirliyinin işçiləri ilə aramda bir üçbucaq yarandı. Bəlkə də Martinlə bu səfirliyinin işçiləri tərəfindən bu məqsədyönlü olub. Bir dəfə Böyük Britaniyaya gedən zaman mənə Fransa səfirliyinin əməkdaşları tərəfindən kitab hədiyyə edildi. Həmin kitab Britaniyanın gəzməli görməli yerləri ilə bağlıydı. Mən ümumiyyətlə dövlət və məhkəmə qarşısında Martin Ryanla bağlı faktlar açıqlayacam. On minlərlə pulu o qazanıb. Mən Fransa səfirliyi ilə bağlı hər hansı bir maddi xeyr, imtiyaz qazanmamışam. Martin Ryanın hərəkətləri ilə bağlı bəyanat yayacam. Martin mənə oyunlar qurub və tələyə salıb. Casusluq oyununu bunlar yaxşı qurub. Mən Fransa səfirliyi ilə bütün əlaqələri kəsmişdim. Çox təəssüf ki, həmin vaxt Martinlə əlaqələrimi kəsmədim".

Digər təqsirləndirilən Martin Ryan Azad Məmmədlinin verdiyi ifadəyə münasibət bildirib.

O deyib ki, Azad Məmmədlini agent kimi heç kimlə tanış etməyib:
"2021-ci ildə Devos Rusiyanı yaxşı tanıyan bir adam axtarırdı. Həmin vaxt Azad da iş axtarırdı. Mən onların ikisini bir-biri ilə tanış elədim. 2022-ci ilin oktyabr ayında artıq mən təhlükə hiss elədim. Lakin vəziyyət o qədər pis deyildi. Devos heç zaman mənə deməyib ki, Azadı agent kimi cəlb etmək istəyir. Aramızda görüşlər olub, həmin görüşləri mən təşkil etmişəm. Devosun məqsədi Azərbaycanda Fransa dilini yaxşı bilən, Rusiyanın geosiyasi politikasını izləyən adamlarla tanış olmaq idi. Azad Məmmədli onlarla söhbət edəndə suallardan bildi ki, qarşılarındakılar agentdirlər. Lakin o sonradan əlaqələrini davam etdirdi. Mənsiz də Devosla görüşüb. Hətta Azad Məmmədli mənə səfirlikdən maddi gəlir qazana biləcəyi ilə bağlı sual verib. Mən isə bunun çox təhlükəli olduğunu demişəm. O da mənimlə razılaşıb. Əgər mən agent olsaydım, Azadı cəlb etməyə cəhd etsəydim, ona heç vaxt bu işlərin təhlükəli olmasını deməzdim".

Azad Məmmədli isə deyib ki, Martin Ryan Vətən müharibəsi dövründə Azərbaycanla bağlı Fransa səfirliyinə onlarla cinayət tərkibli məlumat verib:

"Tapşırıqların çoxu hərbi təyinatlı məlumat verməklə bağlı olub. Özü də etiraf edib ki, bu cür tapşırıqları icra edib. Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib. Martin Ryan əvvəllər hərbçi olmuş şəxsin məlumatlarını Fransa səfirliyinə ötürüb. Azərbaycanlı biznesmenlərlə dostluq edərək və tora salaraq Fransa kəşfiyyatına verib. Onun ən son qurbanı mən olmuşam".

Təqsirləndirilən şəxs bildirib ki, Fransa kəşfiyyat orqanının əməkdaşları ilə "Siqnal" tədbiqi vasitəsilə yazışmalar aparıb:

"Mənə də səfirlikdə həmin tətbiqlə yazırdılar ki, tədbirlərə falan dəvəti buradan edəcəklər. Mən əlaqələri kəsəndən cəmi bir dəfə yazıblar, həmin mesaja cavab verməmişəm. İstintaq dövründə məlumatları oxuyan zaman dəhşətə gəldim. Məlum oldu ki, Fransa kəşfiyyatı Martin Ryana birbaşa pul verməyib. Onlar Azərbaycanda yaşayan İsveç vətəndaşı ilə Martini tanış ediblər. Həmin şəxsin əli ilə onminlərlə manat pul ödənilib. Həmin İsveç vətəndaşı milyonerdir. Devos tərəfindən həmin adam Martini maliyyələşdirib. Martinin Bakıda biznes fəaliyyəti elə də pullu olmayıb. Amma qısa bir müddətdə Bakının mərkəzi yerlərindən birindən iki otaqlı ev alıb. Özündən bu pulu haradan tapdığını soruşanda dedi ki, Fransadan atası və anası pul göndərib. Bu da məndə başqa bir şübhə yaradıb".

Növbəti proses iyunun 23-ə təyin edilib.

Qeyd edək ki, Martin Ryan və Azad Məmmədli 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Bu gün, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
Dünən, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
Dünən, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
Dünən, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
Dünən, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
Dünən, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
Dünən, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
Dünən, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Oxşar xəbərlər