Bakıda konsert verən Türkiyəli müğənni Hadisə Sərvər Bəşirlini səhnəyə çağırıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Məşhur müğənni “Qırmızı avtomobilin sahibi” kimi gündəm olan Sərvər Bəşirlini səhnəyə dəvət edərək ona minnətdarlığını bildirib və hədiyyə təqdim edib.
S.Bəşirli Türkiyədə zəlzələ baş verən zaman öz maşını ilə yardım aparması ilə məşhur olmuşdur.
[video width="1088" height="752" mp4="https://bakuplus.az/storage/photos/2023/05/video_2023-05-08_10-50-29.mp4"][/video]