Heydər Əliyev Mərkəzində “İlk qığılcım” adlı incəsənət sərgisi keçiriləcək Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sərgidə bəhreynli rəssam Raşid Al Xəlifənin ən son instalyasiyaları nümayiş etdiriləcək. Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”, “Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə təqdim ediləcək.
1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al Xəlifə Böyük Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb. O, müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və byennalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir.
Sərgi 14 mart - 10 sentyabr tarixləri arası təşkil olunacaq.