Heydər Əliyev Mərkəzində Caz konserti baş tutacaq. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“5-ci Beynəlxalq Bakı Yay Caz Günləri” Festivalı çərçivəsində 3 iyul tarixində böyük konsert baş tutacaq. Tədbirdə “Öndər Focan & Meltem Ege” qrupu, Bakı Kamera orkestri, eləcə də Elçin Şirinov kvarteti çıxış edəcək.
Konsert 3 iyul saat 19:00-21:00 arası keçiriləcək. Biletlərin qiyməti 20-70 AZN arası dəyişir.