Heydər Əliyev Mərkəzində 25 may tarixində qala-konsert keçiriləcək. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az məlumat verir.
Klassik musiqi gecəsində dünyaca tanınmış sənətkarlar da çıxış edəcəklər.
Konsertdə Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun, yerli və beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycanın Xalq artistləri Dinara Əliyeva (soprano), Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Yusif Eyvazov (tenor) və İtaliyanın opera ifaçısı Ambrocio Maestri (bariton) çıxış edəcəklər.