Abşeron Milli Parkında şəhid övladları üçün tədbir keçirilib. Bu haqda bu gün, 26 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
"Mənim atam qəhrəmandır!" layihəsi çərçivəsində ölkənin ən ucqar cənub-şərq nöqtəsində, “Şah dili” adlanan ərazidə şəhid övladları üçün əyləncəli gəzinti təşkil edilib. Daha sonra kompozisiyalar səsləndirilib, müxtəlif əyləncəli proqramlar keçirilib.
Layihə "Fire Land Production"ın təşkilatçılığı və Abşeron Milli Parkının dəstəyi ilə həyata keçirilib.
[caption id="attachment_104656" align="alignnone" width="640"]
Foto Report.az[/caption]