Paytaxtın Yasamal rayonu, Balababa Məcidov küçəsində yerləşən Hind Klinikasında qanvermə aksiyası keçiriləcək. Bu haqda bu gün, 27 yanvar tarixində Bakuplus.az AZƏRTAC-a istinadən məlumat verir.
Tədbir 28 yanvar saat 13:00-dan 18:00-a qədər keçiriləcək.
Aksiya Hind diaspor assosiasiyalarının birgə iştirakı ilə təşkil olunacaq.
Tədbir Hindistanın müstəqilliyinin 75 illiyi və ölkənin azadlıq mübarizəsinin ən görkəmli liderlərindən biri olan Netaci Subhas Çandra Bosun anadan olmasının 125-ci ildönümü münasibətilə həyata keçirilir.