Bakının Xətai rayonu, Sarayevo küçəsində qeyri-qanuni olaraq tikilən obyektdə restoran açılıb. Bu haqda bu gün, 5 yanvar tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Daha öncə bildirilib ki, həmin ərazidə rəsmi qurumlar tərəfindən zibilyığma məntəqəsi tikiləcək.
Tikinti işləri noyabr ayında başlasa da, hələ ki Xətai Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən heç bir açıqlama verilməyib.
[caption id="attachment_85718" align="alignnone" width="640"]
Foto Bakı Gündəliyi Facebook səhifəsi[/caption]