Binəqədi rayonu, Çiçək qəsəbəsində sakinlər hər gün özlərini təhlükəyə atırlar. Bu haqda bu gün, 29 aprel tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Sakinərin sözlərinə görə, ərazidəki ən yaxın yerüstü piyada keçidləri qəsəbənin əsas yolundan uzaqdadır. Burada işıqlandırma sistemi də yoxdur. Bu səbəbdən də tez-tez avtoqəzalar baş verir.
“Burada hər gün ölüm hadisəsi baş verir. Hər gün yüzlərlə adam keçir. İşıqlandırma da səhv olduğu üçün sürücülər piyadaları görmürlər”, – deyə sakinlər şikayət edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.