II Şəhidlər xiyabanı ziyarət olunub. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevin anım tədbiri keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.
Öncə Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra bir sıra şəxslər İ.Mirzəyev haqda danışıblar. Ardınca şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz istiqamətində şəhid olub.