top
“İnsanlar niyə avtomobil almaq istədiklərini bilmirlər” – Avtobloqçu ilə ÖZƏL MÜSAHİBƏ
22 aprel 2025, 06:53
- ↺ +

“İnsanlar niyə avtomobil almaq istədiklərini bilmirlər” – Avtobloqçu ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Azərbaycan avtomobil bazarı mənim ən yaralı yerimdir. Bizim bazar sözün əsil mənasında çox bərbad vəziyyətdədir. Bir çox fikirlər dəyişməli, düzəlməlidir”.

Bunu Bakuplus.az-a müsahibəsində avtobloqçu Bəhruz Güləli deyib.

Müsahibəni təqdim edirik:

- Avtomobillərə marağınız nə vaxt və necə yarandı?

- Düşünürəm ki, hər kəsin avtomobilə marağı uşaq yaşlarından başlayır. Mən də hər zaman bütün oyuncaqlarımı sındırardım. Oyuncaq avtomobillərin necə hərəkət etdiyi mənə maraqlı idi. Məndə avtomobilə maraq uşaqlıqdan yarandı.

- İlk avtomobiliniz hansıdır və onunla bağlı hansı xatirəniz var?

- İlk avtomobilim 2008-ci il istehsalı olan “Toyota Corolla” olub. Bu avtomobil ilə bağlı çox gözəl xatirələrim var. Həmin avtomobili mən 8 il idarə etdim. Bir dəfə də olsun məni yarı yolda qoymadı.

- Avtobloqçuluğa başlamağınıza nə səbəb oldu?

- Mən uzun illər avtomobillərin mayesinin satışını həyata keçirmişəm. Daha sonra isə servis rəhbəri vəzifəsində çalışmışam. Bu sahələrdə çalışan zaman avtomobilləri araşdırmağa, öyrənməyə başladım. Əsas işim sürtkü materialları ilə əlaqəlidir, bu sahə üzrə ixtisaslaşmışam. Bloqumu da əslində maye üzərində qurdum. Daha sonra avtomobillərə inteqrasiya etdim və bir növ avtomobillərin analizinə başladım.

- Avtomobilləri test edərkən nələrə xüsusi diqqət yetirirsiniz?

- Ən çox diqqət yetirdiyim nüanslar onun mühərriki və sürətlər qutusunun texnologiyası, yəni iş prinsipidir. Avtomobilin vizual görünüşü, komplektasiyası mənim üçün hər zaman kölgədə qalıb. Keyfiyyəti, hansı istehsalçılar tərəfindən istehsal olunmağı və dözümlülüyü faktoru vacibdir.

- İndiyə qədər test etdiyiniz avtomobillər arasında ən sevdiyiniz hansıdır? 

- Bir neçə avtomobili test etmişəm. Ən sevdiyim avtomobili, sözün açığı, xatırlamıram. Birinin adını çəksəm, digərlərinin xətrinə dəyə bilərəm. Konkret olaraq model adı çəkmək istəmirəm.

- Elektrikli avtomobillər barədə nə düşünürsünüz?

- Elektrikli avtomobillər barədə fikirlərim müsbətdir. Lakin Azərbaycan şəraitində bizim şarj stansiyaları və ustaların texniki olaraq yetişməyini nəzərə alaraq, hazırda hibrid avtomobillərinə daha çox üstünlük verilməsini tövsiyə edirəm.

- Yeni başlayan avtobloqçulara hansı məsləhətləri verərdiniz?

- Yeni başlayanlara ilk növbədə tövsiyəm odur ki, baxış sayına qaçmasınlar. Keyfiyyətli məzmunlar hazırlasınlar. Şou xarakterli kontentlər müvəqqəti olur. İnsanlara bir dönəmə qədər maraqlı gəlir. Ondan sonra sən onları bezdirib, yorursan. Nəinki avtobloqerlər, istənilən bloqer hansı sahədə videolar çəkəcəksə, həmin sahənin peşəkarı olmalıdır. Daim araşdırmalı və axtarmalıdır. Yeniliklərə açıq olmalıdır. Düzgün və doğru şəkildə öz kütləsini maarifləndirməlidir.

- Azərbaycanda avtomobil bazarı və avtomobil mədəniyyəti ilə bağlı nə kimi dəyişikliklər görmək istəyərdiniz?

- Azərbaycan avtomobil bazarı mənim ən yaralı yerimdir. Bizim bazar sözün əsil mənasında çox bərbaddır. Bir çox fikirlər dəyişməli, düzəlməlidir. Avtomobil mədəniyyəti ayrı mövzudur, bu sahə inkişaf edir. Amma avtomobil bazarı çox bərbad vəziyyətdədir. Bunun səbəbi bizim alıcıların özlərinin araşdırma kimi bir funksiyasının çox aşağı olmasıdır. İnsanlar nə istədiyini, niyə avtomobil almaq istədiklərini bilmir. Yalnız kor-koranə şəkildə vizual olaraq avtomobili bəyənib, almağa çalışırlar.

- Ümumiyyətlə maşın alarkən nələrə diqqət edilməlidir?

- Bu haqda bir çox paylaşımlar etmişəm. Videolarım var. Bir çox nüansa diqqət etmək lazımdır. İlk növbədə insan hansı səbəbdən avtomobil aldığını bilməlidir. Büdcəsini nəzərə almalıdır. Büdcədən əlavə, aylıq gəlirini düşünməlidir. Həmin avtomobilin yarana biləcək problemlərini də düşünməlidir.

- Bu gün sürücülərin ən önəmli problemləri nələrdir?

- Hər kəsin sükan arxasında yollarda tələsməyidir. Sözün əsl mənasında tələsən insan da tələsir, tələsməyən insan da tələsik avtomobilini idarə edir.

İnsanlar avtomobil idarə edən zaman sanki məsuliyyəti üzərilərində hiss etmirlər. Tıxaclı şəhərlərdə avtomobil sürmək çox məsuliyyətli bir prosesdir.

Məhz buna görə də insan avtomobil idarə edəndə çox kalori yandırır. Burada söhbət təkcə sizin təhlükəsizliyinizdən getmir, piyadaların və digər avtomobillərdə olan sərnişinlərin təhlükəsizliyindən gedir. Bir növ hər birinə cavabdeh olmalısınız. Maksimum diqqətlə avtomobil idarə etmək lazımdır.

- Bazarda Çin avtomobillərinin sayı artıb. Çin avtomobilləri alarkən nələrə diqqət etməliyik?

- Bəli, düzdür. Çin avtomobillərinin sayı artıb. Bu tendensiya davam edəcək. Artım olacaq. 10-15 ilə ikinci əl aldığımız avtomobil qiymətinə çinlilər bizə tam yeni avtomobil təqdim edirlər. Və insanlar əlbəttə ki, yeni avtomobil almaq istəyir. Bu tendensiya qaçılmazdır. Çin avtomobili alarkən insanların ən birinci diqqət edəcəyi nüans həmin avtomobillərin markalarının nə dərəcədə qlobal olmasıdır: hansı ölkələrdə satış edir, startapdır yoxsa qlobal avtomobil markasıdır. Bunlara diqqət etmək lazımdır. Daha sonra həmin avtomobilin ölkədəki usta siyahısını dəyərləndirməliyik: bu avtomobilitəmir edən şəxs varmı? Təbii ki, ehtiyat hissələrinin əlçatanlığı ilə maraqlanmaq lazımdır.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Xəbər
30 oktyabr 2026, 12:37

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Xəbər
30 oktyabr 2026, 12:09

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbər
30 oktyabr 2026, 11:46

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Oxşar xəbərlər