Jurnalistlərin binasının ətrafı narkomanların məskəninə çevrilib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, əsasən, axşam saatlarında sərxoşlar, narkomanlar binanın həyətindəki söhbətgaha toplaşırlar. Həmçinin avtomobil sahiblərinə oğurluqlarla bağlı ehtiyatlı olmaları tövsiyə edilib.
Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.