Paytaxtın Yasamal rayonunda yoldan keçən yeniyetmə qızlara şillə vuran şəxs barəsində məhkəmə qərar çıxarıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
29 yaşlı rayon sakini Əhməd Hüseynov 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bir neçə gün öncə metropolitenin “İnşaatçılar” stansiyası yaxınlığında naməlum şəxsin qadına şillə vuraraq hadisə yerindən uzaqlaşması barədə videgörüntülər sosial şəbəkələrdə yayılmışdır.