Bakıda Xalq artisti Könül Xasıyevanın yaradıcılıq gecəsi keçiriləcək. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Beynəlxalq Muğam Mərkəzinə istinadən xəbər verir.
Konsert proqramında xanəndənin ifasında muğamlarımızla yanaşı, xalq mahnılarımız da səslənəcək. Gecədə, həmçinin xanəndənin sənət yoldaşlarının da çıxışları nəzərdə tutulur.
Tədbir 3 aprel saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür.