Bu gün, 5 noyabr tarixində İkinci Şəhidlər Xiyabanında şəhid İlqar Ramazanlının xatirəsinə mərasim keçirilib.
Mərasim ailə üzvləri və Yasamal rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Ramazanlı və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
İlqar Ramazanlı 2 noyabr 1994-cü ildə anadan olub. Azərbaycan ordusunun əsgəri İlqar Ramazanlı Vətən Müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamı ilə İlqar Ramazanlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
[URIS id=12984]