Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
Keçiriləcək tədbir çərçivəsində öncə avtomobillər Heydər Əliyev Mərkəzindən “Sea Breeze” istirahət mərkəzinə qədər yürüş edəcək. Daha sonra “Sea Breeze”də avtomobillərin sərgisi və retro tərzində konsert olacaq. Əyləncə proqramında viktorinalar keçiriləcək, müxtəlif nominasiyalarda hədiyyələr veriləcək. Konsertlər 2 gün davam edəcək.
Tədbir 26-27 avqust tarixlərində baş tutacaq.
Yürüşdə iştirak üçün 1983-cü ilədək istehsal olunan klassik avtomobillər 10 avqust 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilər. Avtomobillərin qeydiyyatı info@faa.az elektron ünvanı və ya (+99450) 295 01 00 nömrəsinə müraciət əsasında aparılır.