top
“Kontakt Home” şəhidin qardaşının iddiaları ilə bağlı açıqlama verib
17 mart 2023, 07:40
- ↺ +

“Kontakt Home” şəhidin qardaşının iddiaları ilə bağlı açıqlama verib

“Kontakt Home” ötən ilin Sentyabr döyüşlərində şəhid olan Səbuni Əhmədovun qardaşı Sənanla bağlı açıqlama verib. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az məlumat verib.

Bir neçə gün öncə Əhmədov öz İnstagram səhifəsində paylaşım edərək bildirib ki, şirkət onu səbəbsiz verdiyi işdən azad edib. Buna cavab olaraq “Kontakt Home”-un mətbuat xidməti məlumat yayıb.

“Keçmiş əməkdaşımız Sənan Əhmədov ötən ilin sentyabr ayından bəri bir gün də olsa işə çıxmayıb. Amma qardaşı Səbuhi Əhmədovun şəhid olduğunu nəzərə alaraq, “Kontakt” ailəsi ona maddi-mənəvi, hər şəkildə dəstək olmağa çalışıb. Qardaşının ölümündən dərhal sonra şirkət ona birdəfəlik müavinət verib, işləmədiyi bütün dövr ərzində isə əməkhaqqısını 100% ödəməyə davam edib. Lakin o, şirkətin bütün humanist addımlarına rəğmən, müxtəlif bəhanələrlə işindən yayınıb.

Belə olduğu təqdirdə, şirkətin onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi əsasında işdən azad etmək hüququ var idi. Amma şirkət yenə də şəhidimizə hörmət əlaməti olaraq onu bu şəkildə işdən azad etməyib və müqavilə müddətinin bitməsinə qədər gözləyib.

Aylarla işləmədiyi təqdirdə şirkətdən əməkhaqqı almağı özünə ayıb bilməyən Sənan Əhmədov bu gün şirkətə böhtan atmağı da özünə ayıb bilmir. Bu, bizi olduqca təəssüfləndirir.

Çünki hamıya məlumdur ki, “Kontakt” özünün “Qarabağ” proqramı çərçivəsində illərdir ki, geniş sosial məsuliyyət layihələri həyata keçirir və yardım kampaniyaları təşkil edir. İndiyədək olan bütün qarayaxma kampaniyalarına rəğmən, bu fəaliyyətini yenə də davam etdirir. Sonda Səbuhi Əhmədov başda olmaqla, bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Buradan şəhid qardaşı, qohumu kimi statuslardan sui-istifadə edənləri şəhidlərimizin ruhuna ehtiramla yanaşmağa çağırırıq”, - açıqlamada deyilir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Xəbər
Dünən, 18:00

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanından keçib

Xəbər
Dünən, 17:38

"Məktəbdə fənn müəllimləri çatışmır, dərslər boş keçir" - ŞİKAYƏT

Xəbər
Dünən, 17:25

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü

Xəbər
Dünən, 16:34

Abid Şərifov səhhətindən danışdı: "Gəzə bilmirəm"

Xəbər
Dünən, 15:54

Xətainin heykəlindəki yazı ilə bağlı araşdırma aparılır

Xəbər
Dünən, 15:22

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Xəbər
Dünən, 14:39

Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI

Xəbər
Dünən, 13:38

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 12:50

Bakı aeroportunda ƏMƏLİYYAT: əcnəbi 4 milyonluq brilyantla TUTULDU

Xəbər
Dünən, 11:50

Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi

Xəbər
Dünən, 11:18

Cavan Zeynallı: "Heç vaxt pulun arxasınca qaçmamışam"

Xəbər
Dünən, 10:52

Araq içib qadını söyən tiktoker SAXLANILDI

Xəbər
Dünən, 10:01

Məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT

Xəbər
Dünən, 09:34

Bakıda məmur arvadını televizor pultu ilə döydü

Xəbər
Dünən, 08:53

Cabir İmanovun vəfatından bir il ötür

Xəbər
28 sentyabr 2026, 18:00

Bakıda qızının nişanlısını öldürən ataya AĞIR CƏZA verildi

Xəbər
28 sentyabr 2026, 17:37

Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olundu

Xəbər
28 sentyabr 2026, 17:13

Bakıdan Naxçıvana reyslər təxirə salındı

Xəbər
28 sentyabr 2026, 16:15

Vüsal Şilderin qətlinə görə 10 min veribmiş...

Xəbər
28 sentyabr 2026, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
28 sentyabr 2026, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
28 sentyabr 2026, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
28 sentyabr 2026, 13:20

Sabah Bakıda yağış yağacaq

Oxşar xəbərlər