Qaradağ rayonu, Lökbatan qəsəbəsində tullantılar təmizlənib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
20 iyun tarixində “Binə” ticarət mərkəzinin yaxınlığında yerləşən gölün ətrafında açıq ərazidə yanğın baş verib. Hadisədən sonra ərazidəki tullantıları yanğının qarşısını almaq məqsədilə təmizləmək qərara alınıb.
Hazırda FHN-in əməkdaşları tərəfindən ərazidə təmizlik işləri aparılır.