“Instagram” sosial səhifəsində məşhurlaşan bloger Hüseyn Həsənov Bakıda bahalı avtomobil alıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az məlumat verir.
Həsənov parlaq göy rəngdə, üstü açılan, iki oturacaqlı “Lamborghini Aventador” avtomobilinə sahiblənib. 2013-cü ildə istehsal olunan “Aventador”un qiyməti 250.000 dollar təşkil edir.
Həsənovun şəxsi qarajında “Lamborghini Urus”, “Rolls-Royce Cullinan”, “Lamborghini Aventador”, “Mercedes-AMG G63”, “Bugatti Chiron Super Sport” avtomobilləri var.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/04/56.mp4"][/video]