Məşhur ifaçı Lobodanın konserti ləğv olunub. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.
Müğənni Svetlana Lobodanın Bakı Konqres Mərkəzində keçirilməli olan konserti ləğv olunub. Bu haqda bilet almış şəxslərə məktub göndərilib. Biletləri şəhərin kassalarında qaytarmaq mümkündür.
Svetlana Lobodanın konserti 9 may tarixində baş tutmalı idi.