Bakıda rusiyalı xoreoqrafın master-klası baş tutacaq. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az “Nero Dance Center”ə istinadən xəbər verir.
Rusiyanın məşhur xoreoqrafı İqor Nastoburskiy Bakıda “Jazz Funk” rəqs növü üzrə master-klas keçirəcək.
İqor Nastoburskiy "Greek Salad" layihəsinin xoreoqrafı, "From the Top" studiyasının direktorudur. O, “Петр Первый”, “Tueva Hucha” və “Нас100бурских” kimi komandaların sədri, Los-Ancelesdəki "Carnival" rəqs proqramının xoreoqrafıdır.
Tədbir 2 mart saat 19:00-da metronun “Həzi Aslanov” stansiyası yaxınlığı, Məhəmməd Hadi, 331 ünvanında, “Nero Dance Center”in 2-ci filialında baş tutacaq. İştirak üçün öncədən ödəniş etmək vacibdir. Qeydiyyat üçün 050 394 94 40, 050 640 99 04 və ya 055 490 94 40 nömrələri ilə əlaqə saxlamaq mümkündür. Qiymət 15 AZN təşkil edir.