Məktəb forması almağa imkanı olmayanlar direktora müraciət edə bilərlər. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az elm və təhsil nazirinə istinadən xəbər verir.
Belə ki, keçirilən brifinq zamanı Emin Əmrullayev bildirib ki, əgər valideynlər maddi çətinlik çəkirlərsə və məktəbli formalarını ala bilmirlərsə, bu haqda təhsil ocağının direktoruna müraciət edə bilərlər.
“Tərəfdaşlıq etdiyimiz şirkətlər həmin ailələrə köməklik etməyə çalışacaqlar”, – deyə nazir əlavə edib.
Həmçinin nazir gələcəkdə telefonların şagirdlər üçün qadağan oluna biləcəyini də qeyd edib.