“Son zəng”in keçirilməsi qaydası ilə bağlı məktəblərə göstərişlər göndərilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bu gün, 12 iyun tarixində məlumat verib.
Onun sözlərinə görə, göstərişə əsasən, tədbir məktəb ərazisində keçirilməlidir: “Təhlükəsizliyin təmin olunması üçün müəyyən tövsiyələr var, ona görə də “Son Zəng”in təşkilinə məktəblər cavabdehdir”.
Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində XI sinfi 26.453 şagird bitirəcək.