Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində şagirdlərin sağlam qidalanması ilə bağlı yoxlamalar keçirilir.
Paytaxtın bəzi təhsil müəssisələrində aparılan monitorinqin əsas məqsədi məktəblərin ictimai iaşə sahəsində tövsiyə olunan avadanlıqlarla təchiz olunmasını, sanitar-epidemioloji qaydaların tələblərinə uyğunluğunu öyrənmək, fəaliyyətin optimal təşkili ilə bağlı müvafiq tövsiyələr verməkdir.
Monitorinq zamanı müvafiq tələblərə əməl olunması qiymətləndirilir, profilaktik tədbirlərin həyata keçirilməsi üçün mütəmadi olaraq metodiki göstərişlər verilir, nəzarət tədbirlərinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.