İçməli suyun qiyməti qalxa bilər. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədova istinadən xəbər verir.
"Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinq zamanı bildirilib ki, Abşeron yarımadasında içməli su qıtlığı yaşanır. Bunun əsas səbəbləri isə tikinti normalarına uyğun olmayan yaşayış evlərinin tikintisi, eləcə də kustar üsullarla su xətlərinin çəkilməsidir.
Bundan əlavə, sədr müavini qeyd edib ki, ölkədə içməli sudan təyinatı üzrə istifadə edilmir:
"İçməli sudan texniki su kimi istifadə edilir, ağaclar suvarılır, maşınlar yuyulur. Bu istiqamətdə Su Komissiyasına təkliflər vermişik", - deyə o əlavə edib.
Həmçinin Etibar Məmmədov içməli suyun maya dəyərindən ucuz qiymətə satıldığını vurğulayıb. Buna görə qiymətlərə yenidən baxıla bilər.