Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Almas İldırım küçəsində kanalizasiya xətti dəyişdirilir. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Hazırda küçədə qazıntı işləri aparılır, əraziyə xüsusi texnika cəlb olunub. Daha sonra boruların yeniləri ilə əvəz olunması nəzərdə tutulub. Küçədə avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulub.
Sözügedən ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.
[caption id="attachment_73334" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]