Dövlət Akademik Filarmoniyasında maestro Niyazinin xatirəsinə konsert keçiriləcək. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az mədəniyyət evinə istinadən xəbər verir.
SSRİ Xalq artisti, dirijor və bəstəkar Niyazinin anadan olmasından 111 il keçir. Bununla əlaqədar Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək. Bədii rəhbər və baş dirijor Fuad İbrahimov olacaq.
Tədbir 20 avqust saat 19:00-da baş tutacaq. Giriş sərbəstdir.