Dünyaşöhrətli “İmagine Dragons” qrupu ilk dəfə Bakıya gəlir. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az iticket.az saytına istinadən xəbər verir.
“Believer”, “Thunder” və “Radioactive” kimi musiqiləri ilə dünyaya səs salan qrup “Baku Crystal Hall” səhnəsində çıxış edəcək.
Konsert 2 sentyabr saat 19:00-22:00-da baş tutacaq. Biletlər 4 may tarixindən satışa çıxarılacaq.