“İmagine Dragons”un konsertinin məkanı dəyişib. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Tələbatı nəzərə alaraq, konsertin məkanı dəyişdirilərək Bakı Olimpiya Stadionuna keçirilir. Buna görə də satışa əlavə biletlər çıxarılır. Radioaktiv zona və sərbəst yerləşmə üçün biletlər artıq satışdadır.
Bilet sahiblərinə yeni vauçerlər elektron ünvanlarına göndəriləcək. Oturacaqlı biletlərin sahibləri ilə yaxın zamanda əlaqə saxlanılacaq. Həmçinin 1 avqust tarixinə qədər biletləri təmannasız qaytarmaq mümkündür.