Magistraturaya qəbul imtahanında 1 nəfər yüksək bal topalyıb. Bu haqda bu gün, 21 fevral tairxində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Nihad Zeynallı 100 bal toplayaraq ən yüksək bal toplayan yeganə namizəd olub. O, bakalavra qəbul imtahanında 648,7 bal toplamışdı.
Sözügedən imtahanda iştirak etmək üçün 18.724 nəfər qeydiyyatdan keçmişdir. Onlardan 255 nəfəri imtahana gəlməmişdir.