top
Maqomayevə geyim aldıran, bütün şəhəri bir-birinə vuran dəb ikonası – Nərgiz Xəlilova
15 aprel 2025, 06:31
- +

Maqomayevə geyim aldıran, bütün şəhəri bir-birinə vuran dəb ikonası – Nərgiz Xəlilova

Bakı gözəl və gözəlliklər şəhəridir. Bundan əlavə ürəklə demək olar ki, Bakı həmçinin gözəllər şəhəridir. Heç bilirdiniz ki, Azərbaycanın gözəllik ikonası olan Nərgiz Xəlilova, hələ sovet dövründə Paris gözəllik yarışmasında yer tutub, adına məşhur “Nərgiz” kafesi açılıb, o yol ilə gedərkən maşınlar bir-birinə dəyib?

Baki-baku.az bir zamanlar müəmmalı taleyi, cəzbedici aurası, 1980-ci illərin sevgi və dəb ikonası sayılan Nərgiz Xəlilova haqqında məqaləni təqdim edir.

“Leninqradda” dünyaya gəlir, Bakıya sığınır

Nərgiz Xəlilova 1937-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub.
Atası avar knyazının oğlu, məşhur jurnalist və tərcüməçi, “Şöhrət” ordenli Ramazan Xəlilov “Bakinskiy raboçiy” qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib, orada işləyib. Anası Elvira Xəlilova isə Belaruslu yəhudi idi. 1942-ci ildə şəhər mühasirəyə alınanda, orada işləyən, lakin orada doğulmayan sakinlərə ərzaq verilməsinin dayandırılması haqqında qərar qəbul edilir və Xəlilovlar Bakıya köçürlər. Burada yaxın qohumları olan bəstəkar Üzeyir Hacıbəyovun evinə yerləşirlər.

Uğursuz olan ilk evlilik

Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla ailə qurur, lakin qısa zaman sonra Nərgiz və Məlik ayrılırlar. Ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını səbəb göstərən Nərgiz boşanandan sonra yenidən ata evinə qayıdır.

Müslüm Maqomayevin geyindirdiyi Nərgiz…

Nərgiz o dövrdə Bakının ən gözəl və xüsusi stilli olan qadın kimi tanınmağa başladı. Onun geyimləri, saç düzümü, makiyajı hamıdan fərqlənirdi. Yeniliklərin qadını olan Nərgiz Bakıda şalvarlı kostyum geyən ilk qadın olub. Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirirdi. O zamanlar gəzən söz-söhbətlərə görə, Müslüm Maqomayevlə aralarında çox isti münasibət var idi. Hətta sevgili olduqlarını da deyənlər olurdu. Dəbə olan marağını bilən Müslüm ona xaricdən geyimlər gətirərdi. Ümumiyyətlə, həyatının fərqli dönəmlərində Maqomayev hər zaman onun yanında olub və hər cür dəstək göstərib.

İkinci evlilik – Valyuta, Pasternak, incə biləklərdə qandal…

Qardaşının ortağı, varlı tat yəhudilərindən olan Slavik Aqaranovla tanış olan Nərgiz onunla vətəndaş nikahında yaşayır. Slavik, sanki Nərgizin varlığı ilə nəfəs alır, onu ilahi bir sevgi ilə sevir. Cütlük Moskvaya köçür, Slavik orada valyuta mübadiləsi ilə məşğul olur, əsasən xaricilərlə iş birliyi qurur, rublu valyutaya çevirir, Bakıda tapılmayan dəbli geyimləri çatdırır, xaricə qızıl satır, yaxşı pul qazanırdı. Nərgiz bunları bilsə də, Bakıdakı qohumlarından gizlədir, guya dissertasiya üçün material topladığını bildirirdi. Lakin bir gün vəziyyət dəyişir və cütlük gözlənilməz anda həbs edilir. Bakıdakı mənzillərində olan hər şeyi isə müsadirə olunur.
Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın “Doktor Jivaqo”, Anna Axmatovanın “Rekviyem”, Aleksandr Soljenitsının “İlk dairədə”, Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar. Bu kitablar SSRİ-də qadağan olunmuşdu. Və beləliklə, bunu səbəb göstərərək Slaviklə yanaşı günahı olmasa da, valyuta cinayətində ittiham olunaraq Nərgizi səkkiz illik həbs edirlər. O, ilk yarım ili Rusiyanın Lefortovo həbsxanasında, qalan beş ili isə Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkir.

Maqomayevlə davam edən isti münasibət – Həbsxanadan üçüncü evliliyə

Nərgiz Xəlilova qadın islah düşərgəsində olduğu müddətdə həbsxana kitabxanasının müdiri olur. Ona baş çəkməyə gələnlərdən kitab gətirmələrini xahiş edərək həbsxana kitabxanasının fondunu zənginləşdirir. Aydındır ki, ona baş çəkənlər çox idi, onlar arasında Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) müstəntiqi İsak Qerşveld də vardı. Çoxdanın tanışı olan İsak Nərgizi həbs illərində mütəmadi ziyarət edirdi. Aralarında xüsusi hislər yaranmış və sevgisindən başın itirən müstəntiq iki qızı olsa da arvadından boşanır. Nərgiz həbsdən çıxan kimi isə onunla nikaha girir. İsakın Nərgizə sevgisi təkcə boşanmağı ilə deyil, həm də DTK-dan işdən çıxarılmağı ilə nəticələnsə də onlar birlikdə 16 il ömür sürdülər. İkinci əri Slavik Aqaranov isə həbsdən çıxdıqdan sonra Nərgizə yalvarsa da, onun yanına qayıtmır. Maraqlısı budur ki, Nərgiz evli olmağına baxmayaraq, hələ də Müslüm Maqomayevlə isti əlaqələrini davam etdirirdi. Və yenə də haqlarında dedi-qodular gəzirdi.

Əliş Ləmbəranskinin sevimlisi, adına kafe açdırdığı Nərgiz…

O dövrün xanımları, bəlkə də paxıllıqdan deyirlər ki, Nərgiz Xəlilova çox da gözəl qadın olmayıb, sadəcə gözəl geyinib, xarizması olub. Amma kişiləri isə bunun tam əksini bildirirlər. Ümumi götürəndə, Nərgiz öz dövründə, doğrudan da, çox seçilən, sevilən və fərqli bir qadın olub. Onun geyim tərzi, saç düzümü, makiyajı, həyatı, maneraları və xüsusilə qeyd edək ki, intellektual səviyyəsi tam başqa olub. O, kişilər üçün sanki bir əlçatmaz, hər zaman arzu olunan, sevilən bir qadın olub. Söhbətlər gəzirdi ki, o yol ilə gedəndə kişilər ona baxıb, özlərini itirirdi, qəza törədirdilər. O da buna sadəcə gülüb keçirdi. Dünyanı sanki hamıdan fərqli görürdü. Özünü çox sərbəst, rahat aparır, sanki Bakıda yox, Avropanın hansısa bir dəbli şəhərində gəzirdi. İlklərin qadını olan Nərgiz, hətta ilk dəfə Bakıda küçədə itlə gəzən xanım idi. Onun hər hərəkəti, az qala evdən hər çıxması bir başqa səhifə, bir başqa nağıl idi. Belə parlaq qadın haqda əlbəttə ki, insanlar az şayiələr uydurmurdular. Və o dövrün ən çox yayılan dedi-qodularından biri Əliş bəyin də Nərgizi çox bəyənməsi idi. Buna əsas isə o zaman Bakı şəhərinin baş memarı olan Ləmbəranskinin 1961-ci ildə onun şərəfinə indiki Fəvvarələr meydanında “Nərgiz” kafesini tikdirməsi oldu. Bununla bilməyənlər də onların eşqindən xəbərdar oldu. Deyirlər həmin dövrdə Parisdə bir restoran və Nyu-Yorkda iki mağaza da Nərgizin adı verilmişdi.

Elmə, mədəniyyətə, eşqə həsr olunan ömür

Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Terequlova Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri olublar. Daha öncə qeyd etdiyim kimi Nərgiz savadlı və dünyagörüşlü qadın idi. O, 23 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına musiqi nəzəriyyəsi ixtisası üzrə qəbul olub, bitirdikdən sonra Azərbaycan SSR Elmlər Akademiyası, Memarlıq və İncəsənət İnstitutuna təyinat alaraq 7 il orada çalışmışdı. Daha sonra Moskvada aspiranturaya
daxil olub, elmi dərəcə almışdı. Nərgiz Xəlilova Azərbaycanın mədəniyyət xadimlərinə həsr edilmiş 150-yə yaxın məqalənin və Ümumittifaq Teatr və Musiqi Ensiklopediyasının müəlliflərindən biridir. O, estetik təbliğatla məşğul olur, tez-tez mətbuatda çıxışlar edir, “Bilik” cəmiyyətində tez-tez incəsənət mövzusunda mühazirələr oxuyardı.
Təhsil və elmlə yanaşı o Azərbaycan Milli İncəsənət Muzeyində çalışıb, xeyriyyə işləri görüb. Üzeyir Hacıbəyov fondunu zənginləşdirib, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyub. 1999-cu ildən Üzeyir Hacıbəylinin ev-muzeyi direktoru təyin olunub. Üzeyir Hacıbəyov irsinin tanıdılmasını öz üzərinə götürür, muzeyin tərtibatını yeniləyib və zənginləşdirib. Nərgiz Xəlilova daha bir çox işlərə imza atıb və daha çoxunu görmək istəyib. Lakin elə həmin il leykoz xəstəliyi ucbatından dünyasını dəyişib.

O cismani yox olsa da, haqqında əfsanələr, dedi-qodular hələ də yaşayır.

Son xəbərlər

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Oxşar xəbərlər