Məşhur kamança ifaçısı Mark Eliyahu yenidən Bakıya gəlir. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Məşhur ifaçı “The Show Is About Love” turnesi çərçivəsində paytaxt səhnəsində çıxış edəcək.
Tədbir 4 iyun saat 22:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür. Qiymətlər 40-220 AZN arası dəyişir.