Paytaxtın Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyası yaxınlığı, Abbas Mirzə Şərifzadə küçəsi, 514/518 və 526 ünvanlarını əhatə edən park bərbad vəziyyətdədir. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az xəbər verir.
3 binanın sakinləri üçün nəzərdə tutulan ərazi tam baxımsız vəziyyətdədir. Bu da yaşayanların narazılığına səbəb olur.
Belə ki, adıçəkilən ünvanda yerləşən parkda yaşıllıqlar məhv olub, oturacaqlar sınıq-salxaqdır. Burada bordürlər və pilləkənlər dağıdılıb, uşaq əyləncə qurğuları bərbad haldadır. Uşaq meydançaları qışda palçıq, yayda isə toz içində olur.
[URIS id=76338]