Milli Xalça Muzeyinə yeni ekspozisiyalar gətirilib. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az muzeyə istinadən xəbər verir.
“Muzeyimiz öz qapılarını yenilənmiş ekspozisiyası ilə ziyarətçilərinin üzünə açır. Bu möhtəşəm məkanda heç vaxt görmədiyiniz, bir-birindən dəyərli, rəngarəng xalçalarla tanış ola, onlardan zövq ala bilərsiniz”, - deyə muzeydən bildirilib.
Yeni ekspozisiyalar 1 avqust tarixindən etibarən nümayiş olunmağa başlayacaq.