M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edib. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 22 may – 23 iyun 2023-cü il tarixlərində elektron qaydada aparılacaq.
Ərizə Filialın msu.az saytında və yaxud DİM-in dim.gov.az saytında veriləcək keçid vasitəsilə doldurula bilər.
Bakalavrlar qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları, imtahan tarixləri və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış ola bilərlər.
Daha ətraflı məlumat əldə etmək üçün pk@msu.az elektron poçt ünvanına yazmaq və ya göstərilən telefon nömrələrinə zəng etmək olar.