Bakıda növbəti ümumşəhər iməciliyi keçirilir. Bu haqda bu gün 19 avqust tarixində Bakuplus.az Bakı şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən təmizlik işləri çərçivəsində prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, eləcə də yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib.
Bundan əlavə, yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri və köşklər yuyulub, ətrafı təmizlənib. Həmçinin ağaclara və qazon örtüklərinə qulluq göstərilib.
Təmizlik işləri gün ərzində davam edəcək.
[caption id="attachment_109940" align="alignnone" width="640"]
Foto BŞİH[/caption]