Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində park edilən avtomobillər hərəkəti çətinləşdirir. Bu haqda BakuPlus.az Bakı Gündəliyinə istinadən bu gün, 14 oktyabr tarixində xəbər verir.
Küçənin hər iki tərəfində və ikinci cərgədə park edilən avtomobillər küçədə hərəkəti iflic vəziyyətə salır.
Bundan əvvəl parklanma ilə bağlı Yasamal rayonu, Bəsti Bağırova küçəsində həyata keçirilən yenidənqurma işləri müsbət qarşılanıb.