Paytaxtın Nəsimi rayonu, 28 May küçəsində binaların fasadları təmir olunur. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Əraziyə xüsusi texnika cəlb olunub. Hazırda tarixi binaların fasadları bərpa olunur. Ərazidə piyadaların və avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulub.
Təmir-bərpa işlərinin küçə boyunca davam edəcəyi gözlənilir.
[caption id="attachment_74553" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]