Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov, 33 ünvanında təmir-bərpa işləri davam edir. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Keçirilən abadlıq işləri çərçivəsində qurumuş ağaclar budanıb, yağış sularını axıdan borular dəyişdirilib, dam örtüyü əsaslı təmir olunub. Hazırda binanın fasadı təmir olunur. Daha sonra məhəllədə söhbətgahlar, eləcə də uşaq və idman meydançalarının yaradılması nəzərdə tutulub.
Yenidənqurma işləri paralel olaraq rayonun digər ünvanlarında da davam edir.
[URIS id=80187]