Nəsimi rayonu ərazisində küçə və parkların, məhəllə və binaların, yolların abadlaşdırılması davam etdirilir. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 26 oktyabr tarixində xəbər verir.
Nəsimi rayonu, Fikrət Əmirov küçəsinin Dilarə Əliyeva və 28 May küçələri arasındakı hissəsində əsaslı təmir işləri aparılıb.
Yola yeni asfalt örtüyü vurulub, piyada zolaqları və yol xətləri yenilənib.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma, yol infrastruktur işləri davam etdirilir.
[caption id="attachment_76496" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi[/caption]